ABŞ Suriyadan çıxmağa başladı

11 Yanvar, 2019 14:10 | Siyasət | Baxış sayı: 34
Suriyada ABŞ hərbi texnikası
Suriyada ABŞ hərbi texnikası

Çıxarılan hərbi texnikanın harada olduğu açıqlanmır

ABŞ öz hərbi qüvvələrini Suriyadan çıxarmağa başlayıb. Bu barədə "France Press" agentliyi ABŞ quru qoşunlarının polkovniki Şon Rayana istinadla məlumat yayıb. "Təhlükəsizliklə ilə bağlı olaraq biz tarix, yerləşmə və hərbçilərin marşrutu barədə açıqlama verməyəcəyik". 

CNN telekanalı da bu ölkədəki ABŞ hərbi texnikasının ilk partiyası son bir neçə gün ərzində çıxarıldığını bildirib. Texnikanın hara və hansı yolla nəql edildiyi açıqlanmayıb. 

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp ötən ilin dekabr ayında amerikalı hərbçilərin Suriyadan çıxacağını elan edib. O, İŞİD üzərində qələbə çalındığını elan etmişdi. 

Amerikalı rəsmilərin məlumatına görə, 2 mindən çox sayı olan hərbi qüvvənin ölkədən çıxarılması üçün 60-100 gün vaxt lazım olacaq. 

Vaşinqton İŞİD-a qarşı İraqda əməliyyata 2014-cü ilin iyununda, Suriyada isə sentyabrdan başlayıb.