ABŞ prezidenti Davosa getməyə pul tapmadı

11 Yanvar, 2019 08:41 | Siyasət | Baxış sayı: 75
Davos iqtisadi forumu
Davos iqtisadi forumu

Tramp iqtisadi forumda iştirak etməyəcək

ABŞ prezidenti Donald Tramp Davosda keçiriləcək iqtisadi foruma səfərini ləğv edib. Buna səbəb ölkədə yaranana maliyyə böhranıdır. 

Prezident səfərinin təxirə düşdüyünü "Twitter" mikrobloqunda yazıb.

"Demokratlar sərhəd təhlükəsizliyi və ölkəmiz üçün təhlükəsizliyin böyük əhəmiyyətinə görə güzəştə getməməsi səbəbindən, İsveçrənin Davos şəhərinə, Dünya İqtisadi Forumuna səfərimi ləğv etdim.

Xoş diləklərimi və üzrxahlığımı qəbul edin".

Xatıırladaq ki, büdcə böhranına görə Federeal hökumətin fəaliyyəti də dayandırılıb.