Sarkisyan biabır oldu

11 Yanvar, 2018 15:45 | Siyasət | Baxış sayı: 251
Serj Sarkisyan
Serj Sarkisyan

Onun reytinqi ən aşağı səviyyədədir

Sarkisyana inanan ermənilərin sayı günü-gündən azalır. Bu gün ölkədə əhalinin cəmi 9 faizi hazırkı prezidentə etimad göstərir. Belə deməyə ölkə ərazisində keçirilən sosial sorğu əsas verir. Sorğu ötən ilin sonunda baş tutub.

Ermənilərin böyük əksəriyyəti nə prezidentə, nə hökumətə, nə də parlamentə inanır. Bu barədə Rusiya mətbuatına sosial sorğular üzrə ekspert Armen Qevorkyan deyib. Ümumiyyətlə Sarkisyan heç vaxt yüksək reytinqə sahib olmayıb. Sorğuya görə, hətta Milli yığınacaq da Sarkisyandan yüksək reytinqə malikdir – 12 faiz. 

Onda belə sual yaranır. O, seçkilərdə necə qələbə çala bilib? İş ondadır ki, 2008- 2013-cü illərdə bütün avropalı müşahidəçilər birmənalı şəkildə seçkinin nəticəsini şübhə altına aldılar. 

Ekspert deyir ki, əhalinin ən çox etibar etdiyi ordu və erməni apostol kilsəsidir. Çünki ordu tamamilə başqa məqsədlərə qulluq edən, öz maraqlarınıı hər şeydən üstün tutan siyasətçilədən fərqli olaraq xalqla birdir.