Cəbhədən qorxub qaçan 15 min erməni

11 Yanvar, 2018 13:58 | Siyasət | Baxış sayı: 509
Ermənistan ordusu işğal edilmiş Azərbaycan torpaqlarında
Ermənistan ordusu işğal edilmiş Azərbaycan torpaqlarında

Aprel döyüşlərinin qorxusu hələ Ermənistan ordusunun canındadır

Son illərdə Ermənitan vətəndaşlığından imtina edənlərin sayı kəskin artıb. 

İstiPress-in məlumatına görə, bu barədə Ermənistan polisinin pasport-viza idarəsindən  bildiriblər.

Məlumata görə, 2012-ci ildə imtina üçün 968 ərizə, 2013-cü ildə 1461 ərizə, 2014-cü ildə  2407 ərizə,  2015-ci ildə 2487 ərizə, 2016-cı ildə  3863 ərizə, 2017-ci ilən 1 dekabrına qədər isə  3823 ərizə verilib. 

Amma vətəndaşlıqdan imtina ərizəsi vermədən ölkəni tərk edəndər daha çoxdur. Belə ki, ötən 2017-ci ilin 9 ayı ərzində Ermənistanı 13 500 adam birdəfəlik tərk edib. Bu barədə Ermənistanın «1in.am» portalına müsahibə  verən erməni demoqraf Artak Markosyanın sonrakı ifadələri bir çox səbəblərlə yanaşı Ermənistandan miqrasiyanı aprel döyüşlərindən erməni ordusunun ciddi zəifliyinin ortaya çıxması ilə gücləndiyinə işarədir.

Hər halda, rəsmi erməni dairələri 100 nəfər müddətli əsgərin ölməsini açıqlasa da,  muzdlular və xarici ölkələrdən gətirilmiş terrorçular daxil Ermənistan tərəfindən ümumi ölənlərin sayı 500-ə yaxın olmuşdu ki, bunu erməni xalqından gizlətmək mümkün olmamışdı. Bu, ölkədən onsuz da yüksək olan miqrasiyanı sürətləndirmişdi.

Aprel döyüşlərinin ssenarisi
Aprel döyüşlərinin ssenarisi

Bunu Artak Markosyanın 2016-cı il üzrə açıqladığı digər rəqəmlər də təsdiqləyir. Onun sözlərinə görə, 2016-cı ildə 22 min Ermənistan vətəndaşı Rusiya vətəndaşlığı alıb, 19 min Ermənistan vətəndaşı isə Rusiyada yaşamaq izni əldə edib. Lakin bu 41 min adam Ermənistanı tərk edənlərin son rəqəmi deyil, ermənilər başqa ölkələrə də köçürlər. Məsələn, 2016-cı ildə 55 min adam ABŞ-dan Qrin kart almaq üçün ərizə verib və bunun 2500-ü Birləşmiş Ştatlarda yaşamaq icazəsi əldə edərək Ermənistanı birdəfəlik tərk edib. Qalan ölkələr üzrə məlumatlar da bura daxil edildikdə Ermənistanı birdəfəlik tərke edənləorin sayı dah bir neçə on min nəfər arta bilər.

Ermənistandakı çox aşağı doğum göstəricisinin fonunda bunun çox aşağı rəqəm olduğunu söyləyən Artak Markosyan 2016-cı ildə Gürcüstanı cəmi 8 min adamın, Azərbaycanı isə daha az adamın tərk etdiyini vurğulayıb.