Azərbaycanlı qız ermənilərlə əlbir oldu? FOTOLAR

11 Yanvar, 2018 10:52 | Siyasət | Baxış sayı: 1372
Fidan Türksoy
Fidan Türksoy

Fidan Türksoyun gizli yolla Qarabağa getmək istədiyi iddia edilir

Azərbaycanlı qız ermənilərin köməyi ilə işğal altında olan Dağlıq Qarabağa getmək istəyir. İstiPress-in məlumatına görə, bu qalmaqallı iddia sosial şəbəkələrdə yayılıb. İddiaya görə, "Qafqaz" Universitetinin tələbəsi Fidan Türksoy adlı xanım gizli yollarla Qarabağa keçmək istəyir, bunun üçün də o ermənilərlə əlaqə qurmaqdan belə çəkinməyib.  Bu iddianın müaəllifi isə sosial şəbəkə istifadəçisi olan Ziya Ata adlı şəxsdir.

Belə ki, gənc "Facebook" səhifəsində qızı erməni-dostları vasitəsilə Gürcüstandan keçərək işğal olunmuş Qaradabağı ziyarət etməyə çalışmaqda günahlandırır. Bununla yanaşı o, qeyd edir ki, məhz erməni dostları xanımın səfərini gizlədərək onun pasportuna Ermənistan, eləcə də qondarma rejimin möhürünün vurulmasının qarşısı ala bilərlər.

Z.Ata həmçinin adıçəkilən xanımın ermənilərlə yazışmasını əks etdiridiyini iddia edən fotolar da paylaşıb. 

Gənc qız isə öz növbəsində bütün bunların böhtan olduğunu, status və skrinlərə inanmamağı qeyd edib. Həmçinin Fidan yazıb ki, Z.Ata ilə şəxsi münaqişəsi var. Bütün bunlar planlaşdırılmış formada edilir. Bu açıqlamadan sonra o "Facebook" səhifəsini bağlayıb. 

Sosial şəbəkədə ermən dostlarının olduğunu təsdiqləyən tələbə erməni dilinin internet vasitəsilə öyrəndiyini, ermənilərin isə bu işdə ona yardım etdiyini bildirmişdi.