Tramp seks kasetlərinə münasibət bildirib

11 Yanvar, 2017 18:47 | Siyasət | Baxış sayı: 112
Donald Tramp
Donald Tramp

“Rusiya mənə qarşı heç bir təzyiq vasitəsindən istifadə etməyə cəhd göstərməyib”

ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp deyib ki, Rusiya ona qarşı hər hansı bir təzyiq vasitəsindən istifadə etməyə cəhd göstərməyib.

İstiPress “Tass”a istinadən xəbər verir ki, bu barədə Tramp özünün “Tvitter” hesabında, Rusiya Gizli Kəşfiyyat Orqanının onun haqqında dosyesinə münasibət bildirərkən deyib: “Mənim Rusiya ilə heç bir əlaqəm yoxdur: nə bir ortaq anlaşma var, nə də kredit götürmüşəm, heç nə”. 

Yeni seçilən prezident eyni zamanda, seçkilərdə çox asanlıqla qələbə qazandığını, onun vicdansız rəqiblərinin bu qələbəni kölgələmək üçün, onun barəsində müxtəlif yalan məlumatlar yaydığını yazıb: “Bu vəziyyət çox məyusedicidir”.

Donald Tramp onun haqqında Rusiya Xüsusi Xidmət Orqanlarından “sızılan” məlumatları, özünə qarşı zərbə adlandırıb və bu vəziyyəti “nasist Almaniyası” ilə müqayisə edib: “Kəşfiyyat Xidməti belə yalan informasiyanın “sızmasına” imkan verməməli idi. Biz məgər, nasist Almaniyasında yaşayırıq” deyə yeni seçilən ABŞ prezidenti tvit atıb. 

Xatırladaq ki, ABŞ-ın kəşfiyyat təşkilatları CIA, NSA və FBI, Rus Gizli Kəşfiyyat Xidməti FSB-nin, Trampı şantaj etmək üçün onun fərdi və maliyyə məlumatlarını ələ keçirərək haqqında xüsusi dosye hazırladığını sızdırıb. Mənbə, sözügedən dosyenin 35 səhifə olduğunu və oradaTrampın seks kasetinin də yer aldığını yazıb.