Şok iddia! Rusiya Trampı seks kaseti ilə şantaj edir

11 Yanvar, 2017 15:58 | Siyasət | Baxış sayı: 146
Donald Tramp
Donald Tramp

Amerika kəşfiyyatının hazırladığı hesabat mediaya sızdı

ABŞ-ın kəşfiyyat təşkilatları CIA, NSA və FBI, keçən həftə prezident Barak Obama və yeni seçilmiş prezident Donald Trampa, Rusiyanın ABŞ-da keçirilən seçkilərə müdaxilə etdiyini göstərən hesabat təqdim etdi.

İstiPress-in “Milliyət”ə istinadən verdiyi xəbərə görə, Trampa təqdim edilən gizli sənədlər və qeydlərin bir qismini “CNN International” ortaya çıxardıb.

Xəbərə görə, Rus Gizli Kəşfiyyat Xidməti FSB, Trampı şantaj etmək üçün onun fərdi və maliyyə məlumatlarını ələ keçirərək haqqında xüsusi dosye hazırlayıb. Sözügedən dosyenin 35 səhifə olduğunu bildirən CNN, rəsmi Moskvanın həm Respublikaçılar, həm də Demokratlarla bağlı ayrıca gizli sənədlər hazirladığını da yazır. CNN-in xəbərinə görə, Rusiya seçkilərdən əvvəl yalnız Demokratlar haqqında olan məlumatları paylaşıb.

35 səhifəlik sənədi nümayiş etdirən “Buzzfeed” isə, faylların içində Trampın seks kasetinin də yer aldığını yazır. Xəbərə görə, kasetlərdən biri Trampın Moskva səyahəti zamanı qaldığı “Ritz Carlton Hotel”in lüks nömrəsində çəkilib. Üç il əvvəl əldə olunan həmin kasetdə Trampın fahişələrlə birlikdə olduğu iddia edilir.

D.Tramp "Miss Universe"də
D.Tramp "Miss Universe"də

Xəbər yayılandan dərhal sonra Kreml məsələyə münasibət bildirib. Beynəlxalq agentliklərin son dəqiqə xəbəri olaraq manşetə çıxardığı şərhdə, rəsmi Moskvanın əlində Tramp yaxud Klintonla bağlı hər hansı bir sənədin olmadığını bildirir.  

Kremlin sözçüsü Dmitri Peskov, əllərində, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın nüfuzuna zərər verəcək məlumatlar olmadığını deyib. Məsələ ilə bağlı mətbuat konfransı keçirən Peskov, xəbərlərdə yer alan sənədləri “saxta və ucuz reklam” olaraq xarakterizə edib: "Bu, ikitərəfli əlaqələrə zərər verməyə istiqamətlənmiş bir cəhddir və cadügər ovunun davamıdır" deyib.

Dmitri Peskov - Kremlin mətbuat xidməti
Dmitri Peskov - Kremlin mətbuat xidməti

Xatırladaq ki, Donald Tramp, “Miss Universe” gözəllik yarışı üçün Moskvaya gəlmişdi.