Şimali Koreya raketləri Çini də qorxudur

11 Yanvar, 2017 01:38 | Siyasət | Baxış sayı: 17
Şimali Koreya raketləri Çini də qorxudur
Şimali Koreya raketləri Çini də qorxudur

Pxenyan isə ölkəni nüvə və raket sınaqlarından təcrid etdiyi üçün Vaşinqtonu qınayır

Çin Şimali Koreyanın ballistik raketlərin buraxılması planları ilə əlaqədar öz narahatlığını bildirib.

İstiPress "Sinhua" agentliyinə istinadən xəbər verir ki, ballistik raketlər ölkə lideri Kim Çen İnin əmri ilə buraxılacaq.

Daha əvvəl rəsmi Pxenyan ölkəni nüvə və raket sınaqlarından təcrid etdiyi üçün Vaşinqtonu qınayıb.

İki ölkə arasında yaşanan bu gərginlik isə Çin rəhbərliyinin dərin narahatlığına səbəb olub. XİN başçısı Lu Kanq tərəfləri vəziyyəti mürəkkəbləşdirə biləcək bütün addımlardan çəkinməyə çağırıb.

Qeyd edək ki, bu yaxınlarda Pentaqon rəhbəri Eşton Karter Şimali Koreyanın nüvə potensialını təhlükə adlandırıb. E.Kaşter həmçinin bildirib ki, təhlükə yarandığı halda ABŞ müdafiə departamenti Pxenyan tərəfindən buraxılmış raketləri vuracaq.