Obama: İŞİD məhv ediləcək

11 Yanvar, 2017 08:40 | Siyasət | Baxış sayı: 18
Barak Obama
Barak Obama

ABŞ prezidenti vida çıxışında söz verib

"Biz on minlərlə terrorçunu məhv etmişik, o cümlədən Üsamə ben Ladeni. İŞİD-a qarşı bizim rəhbərlik etdiyimiz beynəlxalq koalisiya təşkilatın rəhbərlərini zərərsizləşdirib və nəzarət etdikləri ərazilərin yarısını azad edib". İstiPress-in TASS-a istinadən verdiyi məlumata görə, bunu Ağ evin rəhbəri ötən gün Çikaqoda vida çıxışı zamanı deyib.

ABŞ prezidenti söz verib ki, İŞİD-da məhv ediləcək və Amerikanı hədələyən heç bir kəs təhlükəsizlikdə olmayacaq. 

Obama deyib ki, kəşfiyyat, hüquq mühafizə orqanları,onları dəstəkləyən diplomatların qəhrəmanlığı sayəsində son 8 ildə heç bir terror təşkilatı onlara qarşı ciddi terror aktı planlaşdırıb, həyata keçirə bilməyib. "Amma Boston, Orlando və Fort-Hudda baş verənlər radikallaşmağn neçə təhlükəli ola biləcəyini bizə xatırladır. Bizim polislərimiz hər zamankindən daha ayıq-sayıqdırlar". 

Səkkiz il ABŞ prezidenti kimi fəaliyyət göstərən Barak Obama bir neçə gündən sonra postunu yeni prezident Donald Trampa təhvil verəcək. Trampın andiçməsi yanvarın 20-də baş tutacaq.