Lavrov niyə Çavuşoğluna zəng edib?

11 Yanvar, 2017 00:44 | Siyasət | Baxış sayı: 26
Mövlud Çavuşoğlu ilə Sergey Lavrov arasında telefon danışığı olub
Mövlud Çavuşoğlu ilə Sergey Lavrov arasında telefon danışığı olub

İki xarici işlər naziri arasında telefon danışığı olub

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

İstiPress "CNN Türk"ə istinadən xəbər verir ki, telefon danışığı Rusiya XİN rəhbəri Lavrovun tələbi ilə baş tutub.

Telefon danışığı vaxtı tərəflər Suriyadakı atəşkəs, bölgədəki son vəziyyət, Astana prosesi və s. bu kimi mözular barədə fikir mübadiləsi aparıblar.