Kadırov Stalini söydü, Xruşovu təriflədi

11 Yanvar, 2017 13:54 | Siyasət | Baxış sayı: 18
Ramzan Kadırov - Çeçenistan rəhbəri
Ramzan Kadırov - Çeçenistan rəhbəri

Çeçen lider çeçenlerin deportasiyasından danışıb

Çeçenistanın rəhbəri Ramzan Kadırov gözlənilməz çıxış edib. O, SSRİ rəhbərlərindən olan Stalinə  lənət oxuyub, Xruşovu isə tərifləyib. O, fikirlərini "İnstagram" səhifəsinə yerləşdirib. "İosif Stalin çeçen və başqa xalqları məhv etdi. Ona lənət olsun". 

Kadırovun qarğışı isə 1944-cü ildə faşistlərə dəstək ittihamı ilə Çeçen-İnquş respublikalarından əhalinin kütləvi olaraq Mərkəzi Asiya, Qazaxıstana deportasiyası ilə bağlıdır.

"Bizim əcdadlarımız insanlığa sığmayan münasibətə məruz qalıblar. Ancaq cəsarət nümayiş etdiriblər. Deportasiyanın dəhşətlərindən sonra onlar yenidən yaşamaq gücü tapıblar". 

Çeçen lider qeyd edib ki, Stalinin yerinə gələn Xruşov isə ədalətin bərpasına və çeçenlərin vətənlərinə qayıtmasına nail olub. "Bunun üçün biz ona səmimi qəlbdən minnətdarıq. Mənim tapşırığım ilə Qroznının ən gözəl meydanlarından biri onun adını daşıyır".