İ.Əliyev: Azərbaycan çox böyük müsbət beynəlxalq imicə malikdir

11 Yanvar, 2017 00:12 | Siyasət | Baxış sayı: 25
İ.Əliyev: Azərbaycan çox böyük müsbət beynəlxalq imicə malikdir
İ.Əliyev: Azərbaycan çox böyük müsbət beynəlxalq imicə malikdir

"Azərbaycan beynəlxalq aləmdə çox etibarlı, ləyaqətli tərəfdaş kimi tanınır"

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycanın beynəlxalq əlaqələrinə də toxunub.

İstiPress-in AZƏRTAC-a istinadən verdiyi məlumata görə, dövlət başçısı deyib ki, keçən il bizim beynəlxalq əlaqələrimiz daha da genişləndi. Azərbaycan uzun illər ərzində beynəlxalq aləmdə artıq çox etibarlı, ləyaqətli tərəfdaş kimi tanınır. Xüsusilə son illər ərzində dünyada böhranların, müharibələrin, qeyri-sabit vəziyyətin genişləndiyi bir şəraitdə bizim nümunəmiz əlbəttə ki, daha çox diqqət cəlb edir və bizə daha böyük rəğbətlə yanaşırlar.

Prezident vurğulayıb ki, Azərbaycan çox böyük müsbət beynəlxalq imicə malikdir. Beynəlxalq təşkilatlarda bizim sözümüz keçir və təsirimiz artır. Biz beynəlxalq əlaqələrimizi bu il də genişləndirəcəyik.