Erməni hakimiyyətinin "milli intihar" addımı

11 Yanvar, 2017 14:15 | Siyasət | Baxış sayı: 85
Intihar
Intihar

Ermənistanda 2 aprel parlament seçkiləri kifayət qədər qaranlıq sosial-iqtisadi mühitdə keçiriləcək. Çünki təkcə avqust-sentyabr aylarında daxili borc 5.5 mlrd dollara yüksəlib.

Kreditlər də iqtisadiyyatın yüksəldilməsinə deyil, əhalinin sosial təminatına və dramın sabit kursunun saxlanılmasına yönəldilir. Daxili borcun sürətlə artmasına baxmayaraq ölkədə heç bir iqtisadi problem həllini tapmayıb.

2016-cı ilin 11 ayı ərzində iqtisadi aktivlik cəmi 0.6 faiz təşkil edib. Halbuki büdcə planında azı 2.2 faiz nəzərdə tutulurdu. Hökumətin benzinin qiymətini endirməsi və Rusiyadan alınan qaz da ümumi vəziyyəti dəyişmədi.

Korrupsiya və monopliya ilə mübarizə də nəinki aparılmır, hətta əksinə olaraq bütün sahələrə sirayət edir. Yaxın bir neçə ildə həllini tapmayan daha bir problem də ortalığa çıxıb. Yüksək çinli məmurların biznesdən uzaqlaşdırılmaması.

Ermənistan Mərkəzi Bankının keçmiş sədri Baqrat Astryanın sözlərinə görə, vəziyyət o həddə çatıb ki, hətta orta çinli məmur da rahatca bizneslə məşğul ola və əlavə gəlir əldə edə bilər. “Bu o halda dayandırıla bilər ki, ən yüksək vəzifəli şəxslər biznesdən əl çəksin. Əks halda bütün bunlar iqtisadi və siyasi böhrana gətirəcək”.

Ermənistan Mərkəzi Bankın keçmiş sədri Baqrat Aastryan
Ermənistan Mərkəzi Bankın keçmiş sədri Baqrat Aastryan

Hakimiyyət özünün qələbəsini təmin etmək üçün “pulla tutulan müxalifət” ssenarisini də işə salacaq. Bir sözlə, vədlər çox olacaq. Nisbətən rasional, peşəkar və konstruktiv yanaşmanı “Erməni milli konqresi” partiyası qoya bilər. Digər partiyalardan fərqli olaraq ciddi iqtisadçıların üzv olduğu “Çiçəklənən Ermənistan” partiyası da müsbət yöndə fərqlənə bilər.

Digər tərəfdən də qarşıdakı seçkilər iqtisadiyyatı korrupsiya və monopoliya üzərində qurulmuş hakimiyyətin devrilməsi üçün iz buraxır, hamı anlayır ki, bu devrilmənin seçkilərlə sıx bağlılığı var.