Donald Tramp: Rusiya ilə münasibətdə daha sərt olacağam - VİDEO, YENİLƏNİB

11 Yanvar, 2017 21:20 | Siyasət | Baxış sayı: 138
Tramp mətbuat konfransında
Tramp mətbuat konfransında

Tramp ilk rəsmi mətbuat konfransını keçirir

ABŞ-ın seçilmiş prezidenti Donald Tramp Amerika kəşfiyyatının Rusiyanın haker hücumlarında iştirakına dair fikri ilə razılaşıb.

“Düşünürəm ki, son hücumlar Rusiya tərəfindən həyata keçirilib. Lakin ABŞ-a qarşı digər ölkələr  və şəxslər də kiberhücumlar törədir”, deyə D.Tramp bildirib.

saat 21:01

Donald Tramp ona ünvanlanan suallardan birini cavablandırarkən “Vladimir Putinlə daha yaxşı münasibət qurmağa ümid edirəm” deyib. Tramp Rusiya ilə birlikdə İŞİD-ə qarşı mübarizə aparacağını da söyləyib: “Rusiya bizə İŞİD-lə mübarizədə kömək edə bilər. Əgər Putinin Trampdan xoşu gəlirsə, bu artıq üstünlükdü”. Bununla yanaşı, Tramp da Rusiya ilə sərt olacağını açıqlayıb: “İnanırsız ki, Rusiyaya qarşı Klinton Trampdan daha sərt ola bilərdi? Vladimir Putinlə daha yaxşı münasibət qurmağa ümid edirəm. Amma bilmirəm bunu bacaracam, ya yox” deyə Tramp əlavə edib.

saat 20:36

ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp seçkilərdəki qalibiyyətindən sonra ilk mətbuat konfransını keçirir.

İstiPress-in “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Ağ Evin gələcək sahibi dünya kütləvi informasiya vasitələrinin təmsilçiləri ilə Nyu-York şəhərində yerləşən “Tramp-tauer” də görüşür.

Mətbuat konfransı Donald Trampın inaqurasiyasına 9 gün qalmış keçirilir. Xatırladaq ki, Trampın andiçmə mərasimi yanvarın 20-də keçiriləcək.