Azərbaycan hərbçiləri NATO-nun missiyasına qoşuldu (FOTO)

11 Yanvar, 2017 11:10 | Siyasət | Baxış sayı: 19
Azərbaycanlı sülhməramlılar
Azərbaycanlı sülhməramlılar

41 hərbi qulluqçu rotasiya qaydasında Əfqanıstana yola düşüb

Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb. Müdafiə Nazirliyindən İstiPress-ə verilən məlumata görə, NATO-nun Əfqanıstanda həyata keçirdiyi "Qətiyyətli dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərmək üçün Silahlı Qüvvələrinin 41 hərbi qulluqçusu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola düşüb. 

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir.