ABŞ F-35 qırıcılarını Yaponiyaya göndərir

11 Yanvar, 2017 04:50 | Siyasət | Baxış sayı: 35
ABŞ F-35 qırıcılarını Yaponiyaya göndərir
ABŞ F-35 qırıcılarını Yaponiyaya göndərir

F-35 - baha olmasına görə D.Trampın tənqid etdiyi qırıcılardır

ABŞ Hərbi Hava Qüvvələri Yaponiyaya F-35 bombardmançı qırıcılar göndərir.

İstiPress "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, qırıcılar İvakuni şəhərindəki hərbi bazaya yerləşdiriləcək. Ümumilikdə bazaya 2017-ci il ərzində 16 hərbi təyyarə göndəriləcək. Onlar köhnəlmiş F/A-18 və AV-8 Harrier qırıcılarını əvəz edəcək.

Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti yeni beşinci nəsil F-35 qırıcılarını baha başa gəlməsinə görə tənqid etmişdi.