Qazi və şəhid ailələrinin bütün problemləri həll edilir

10 Dekabr, 2020 15:59 | Siyasət | Baxış sayı: 83

Xaçmaz rayonunda şəhid ailələri və Qarabağ qaziləri rayon rəhbərliyi tərəfindən ziyarət edilməkdə davam edir.

İstiPress-in şimal bürosunun məlumatına görə, Xaçmaz İH başçısı Elnur Rzayev rayonun Seyidli, Tel, Nabran və Xanoba kəndlərində 1-ci və 2-ci Qarabağ müharibəsində şəhid olmuş hərbçilərin ailələrinə və yaralı döyüşçülərə baş çəkib.

Hər bir ailə və döyüşçü ilə səmimi söhbət edən Elnur Rzayev bildirib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordumuz xalqa qələbə sevinci bəxş etdi. Bu qələbədə qanı tökülən hər bir şəhidin və yaralanan gəncin xidmətinin misilsiz olduğunu söyləyən Elnur Rzayev şəhidlərin qanının yerdə qalmadığını deyib.

Onun sözlərinə görə, dövlət şəhid ailələrinin və Qarabağ qazilərinin bütün problemlərini həmişə diqqətdə saxlayıb, saxlayacaq da.

Xaçmaz İH başçısı Qarabağ şəhidi ailələrinin və qazilərinin problemlərini həll etməkdə maraqlı olacağını deyib.