Prezident İordaniya Kralı II Abdullahı qarşıladı

10 Dekabr, 2019 14:53 | Siyasət | Baxış sayı: 37
İordaniya kralı Bakıda
İordaniya kralı Bakıda

II Abdullah ibn Al Hüseynin rəsmi qarşılanma mərasimi olub

Azərbaycan Respublikasına rəsmi səfərə gələn İordaniya Haşimilər Krallığının Kralı II Abdullah ibn Al Hüseynin rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Kral II Abdullahın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 

Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullahı qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi İordaniya Kralına raport verib. İordaniya Kralı Azərbaycan əsgərlərini salamlayıb. 

Azərbaycanın dövlət və hökumət nümayəndələri Kral II Abdullaha, İordaniya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və İordaniya Kralı II Abdullahın qarşısından keçib. İlham Əliyev və Kral II Abdullah rəsmi foto çəkdiriblər.