Kəmaləddin Heydərov generalı işdən çıxardı

10 Dekabr, 2019 14:31 | Siyasət | Baxış sayı: 234
Kəmaləddin Heydərov - FHN
Kəmaləddin Heydərov - FHN

Yerinə müavinini qoydu

Fövqəladə Hallar Nazirliyində (FHN) kadr dəyişikliyi olub.

İstiPress Unikal.org-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi general-mayor Kənan Aşurlu vəzifəsindən azad edilib. Onun yerinə polkovnik Hikmət Abbasov təyin edilib.

Qeyd edək ki, H.Abbasov bu təyinatadək Bakı Regional Mərkəzinin rəis müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, işdən çıxarılan general 06.04.1968-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub.