Faktlar Mirşahini təkzib edir - VİDEO

10 Dekabr, 2019 19:33 | Siyasət | Baxış sayı: 1085

Keçmiş ANS-çiyə görüntülü xatırlatma

ANS TV-nin keçmiş vitse-prezidenti, hazırda “Real TV”nin direktoru olan Mirşahin Ağayev rəhbəri olduğu telekanalın efirində Milli Qəhrəman Çingiz Mustafayevin adını daşıyan radiostansiyanın, yəni ANS ÇM-in heç zaman olmadığını deyib. O, həm də ANS ÇM radiostansiyasının açılması üçün müraciətə ölkənin heç bir ziyalısının imza atmadığını bildirib. Faktlar isə əksini deyir. Aşağıda təqdim olunan videoda Mirşahin Ağayev ANS ÇM radiosunun mövcudluğu barədə danışır. Həmçinin, təqdim olunan fotoşəkildə ziyalıların hər birinin atdığı imza aydın görünür.