ABŞ yenə hədələdi

10 Dekabr, 2019 10:43 | Siyasət | Baxış sayı: 34
ABŞ və Şimali Koreya liderləri
ABŞ və Şimali Koreya liderləri

Şimali Koreya Amerikanın təzyiqlərinə boyun əyməyəcəyini açıqladı

ABŞ prezidenti Donald Trampın Şimali Koreyaya qarşı hədə dolu açıqlaması cavabsız qalmayıb. Tramp "Twitter" hesabından "Şimali Koreyanın düşməncəsinə davranacağı halda itirəcək çox şeyi var" yazıb. Rəsmi Pxenyanın ABŞ liderinə cavabı gecikməyib.  

Yüksək çinli məmurlardan olan Kim Çen Çol ABŞ təzyiqlərinə boyun əymək niyyətində olmadıqlarını deyib. O, Trampı "səbirsiz, pərvazsız və müvazinətsiz yaşlı adam" adlandırıb. 

Prezident Kim Çen Inın sağ əli olan Çolun sözlərinə görə, Trampın Şimali Koreya haqqında bilmədiyi çox məlumat var. ABŞ-ın əsla aradan götürə bilməyəcəyi isə özünə hörmətləri və bu ölkəyə duyulan hiddətdir.

"Reuters"ə açıqlama verən başqa bir koreyalı rəsmi isə Trampın Kim Çen Inı hiddətləndirəcək, alçaldıcı ifadlərdən istifadəyə dərhal son qoymalı olduğunu deyib. "Daha böyük fəlakətə çevrilməməsi üçün Tramp ağzından bir söz çıxarmamış iki dəfə düşünməlidir". 

Xatırladaq ki, Şimali Koreya dünyanın ən qapalı ölkələrindən hesab edilir. Bu ölkənin lideri Kim Çen In ilə ABŞ prezidenti arasında 3 dəfə görüş baş tutub. Tərəflərin müzakirə mövzusu isə davamlı sülhün əldə edilməsi, nüvə silahlarından istifadənin dayandırılması olub.