Putin Zelenskiyə şeirlə cavab verdi - "Bizim evdə qaz var, bəs sizdə?" VİDEO

10 Dekabr, 2019 08:18 | Siyasət | Baxış sayı: 120
“Normandiya dördlüyü”
“Normandiya dördlüyü”

Parisdə toplaşan “Normandiya dördlüyü” nədən danışdı?

Fransanın paytaxtı Paris şəhərində “Norman Dördlüyü” (Rusiya, Fransa, Almaniya, Ukrayna) liderlərinin görüşü baş tutub. Görüşdə Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş başlayıb.

Bu Putin və Zelenskinin ilk görüşü olub. İki lider bu görüşə kimi ancaq bir neçə dəfə telefonla əlaqə saxlayıblar. 

Liderlər arasındakı görüş 1 saat 20 dəqiqə davam edib. Rusiya Prezidenti Vladimir Putin "Norman Sammiti"nin nəticələrindən məmnun qaldığını bildirib. Görüşdə Rusiyanın Ukraynaya təbii qaz verməsi məsələsi də gündəm də olub. 

Parisdə Şərqi Ukraynadakı vəziyyəti həll etmək üçün toplanan “Normandiya formatı” sammitindən sonra 4 ölkənin - Almaniya, Rusiya, Ukrayna və Fransa rəhbərləri mətbuat konfransı da keçiriblər. Konfransda bildirilib ki, Fransa, Almaniya, Rusiya və Ukraynanın dövlət rəhbərləri 2019-cu ilin sonuna qədər regionda sabitliyi təmin etmək məqsədilə Şərqi Ukraynada atəşkəsi dəstəkləyən tədbirlərin həyata keçirilməsi ilə bağlı razılığa gəliblər.

Ukrayna prezidenti də Paris görüşünün uğurlu olduğunu bildirib. Vladimir Zelenski qeyd edib ki, təhlükəsizlik təmin edilmədən siyasi həll mümkün deyil.

Rusiya prezidenti Vladimir Putin ukraynalı həmkarı ilə görüşün yaxşı keçdiyini və qənaətbəxş olduğunu deyib. O, əsasən Minsk sazişinin həyata keçirilməsi məsələsinə toxunub.

Mətbuat konfransında “Normandiya dördlüyü”nün növbəti görüşünün dörd aydan sonra keçirilməsi ilə bağlı razılığa gəlindiyi vurğulanıb. Görüş Almaniyanın paytaxtı Berlində keçirilməlidir.