ABŞ-a getmək bir az da çətinləşdi - bu pulu verməyənlər...

10 Dekabr, 2018 13:19 | Siyasət | Baxış sayı: 119
ABŞ dolları
ABŞ dolları

Miqrasiya müraciəti də pullu olacaq

ABŞ-a giriş etmək istəyən miqrantlar 50 dollar pul ödəməli olacaqlar. İstiPress-in "Hürriyət"ə istinadla verdiyi məlumata görə, Tramp admnistrasiyası son zamanlarda artan miqrantlar da iqtisadi cəhətdən faydalanmağa çalışır.

Belə ki, iddiaya görə, miqrant müraciəti edən hər kəs bundan sonra 50 dollar pul da ödəməli olacaq. Hələlik bu qanun layihəsi üzərində iş aparılır. Bu vəsaiti ödəyə bilməyənlərin müraciətləri də qəbul edilməyəcək. 

İşgəncə gördükləri üçün miqrasiya etmək istəyənlər ödənişdən azad olacaqlar. 

ABŞ Vətəndaşlıq və Miqrasiya xidmətinin məlumatına görə, hazırda 300 miqrantın müraciəti araşdırılır. Ancaq ötən il 100 mindən çox insan adıçəkilən quruma miqrant müraciəti edib.