Putin Trampla görüşəsi olmadı

10 Noyabr, 2017 11:45 | Siyasət | Baxış sayı: 99
Putin və Tramp
Putin və Tramp

Prezidentin vaxtı yoxdur

ABŞ prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putin arasında Vyetnamda keçirilən sammit çərcivəsində görüş olmayacaq. İstiPress-in məlumatına görə, bu barədə Ağ evin nümayəndəsi Sara Sanders məlumat verib. 

Onun sözlərinə görə, prezidentlər arasında görüşü iş qrafikinin sıxlığına görə təşkil etmək mümkün olmayıb. 

Kreml də bu barədə məlumatı təsdiqləyib. Mətbuat xidmətinin rəhbəri Dmitri Peskovun sözlərinə görə, görüş barədə razılaşdırmalar hələ də davam edir. Hələlik heç nə dəqiq deyil. 

Son dəfə adıçəkilən liderlər iyul ayında Almaniyada keçirilən G20 sammitində görüşmüşdülər. Rəsmi Moskva hesab edir ki, ABŞ-la münasibətlər ən aşağı səviyyədədir. 2014-cü ildə Krımın ihlaqından sonra Vaşinqton Rusiyaya qarşı bir sıra sanksiyalar tədbiq edib. Rusiya da cavab addımları atıb.