İraqda İŞİD-a qoşulan 200 azərbaycanlı qadın tutulub?

10 Noyabr, 2017 08:50 | Siyasət | Baxış sayı: 209
Çadra (arxiv)
Çadra (arxiv)

Bu barədə iraqlı deputat yazıb

İraq ordusu İŞİD-lə əlaqədə şübhəli bilinən 700-dən artıq qadın saxlanılıb. Onlardan 512 nəfəri Rusiya, 200-ü isə Azərbaycan vətəndaşıdır. 

İstiPress-in məlumatına görə, bu barədə bu barədə iraqlı deputat Vian Dahil özünün “Twitter” səhifəsində yazıb.  

Bununla yanaşı o bu statistikanı haradan əldə etdiyini və qadınların məhz harada saxlandıqlarını bildirməyib. "Qadınlar İŞİD üzvləri kimi həbsxanalara yerləşdiriliblər". 

İraqın Müdafiə Nazirliyindsən isə "RİA Novosti"yə verilən açıqlamada bu xəbər təkzib edilib. "Saxlanılanlar var. Amma onların sayı axdır və müxtəlif millətlərdəndirlər".