Türk Ordusu savaşa başladı

10 Oktyabr, 2019 09:00 | Siyasət | Baxış sayı: 118
Türk tankları
Türk tankları

"Barış pınarı" nın məqsədi terror dəhlizini məhv etməkdir

Türkiyə ordusu Fərat çayının şərqində quru əməliyyatına başlayıb. Bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. 

"Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz həmçinin Suriya Milli Ordusu "Barış pınarı" əməliyyatı çərçivəsində Fəratdan şərqə yerüstü əməliyyata başlayıb".

"Barış Pınarı" adlandırılan əməliyyat Türkiyənin cənub sərhəddlərində yaradılmağa çalışılan terror dəhlizini yox etmək, bölgəyə rifah və sülh gətirmək məqsədi ilə başlayıb. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da hərbi müdaxilənin başladığını təsdiqləyib. “Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında PKK/YPG və İŞİD terror qruplaşmasına qarşı “Barış pınarı” hərəkatına başlayıb. Məqsədimiz sərhədimizdə yaradılması istənilən terror dəhlizini yox etmək, bölgəyə barış və əmin-amanlıq gətirməkdir”, - deyə o  “Twitter” səhifəsində yazıb.