Prezident Türkmənistana getdi FOTO

10 Oktyabr, 2019 16:31 | Siyasət | Baxış sayı: 87
İlham Əliyev səfər etdi
İlham Əliyev səfər etdi

İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasına qatılacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistana işgüzar səfər edib. Səfərin məqsədi MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etməkdir. 

Aşqabad beynəlxalq hava limanında Prezident İlham Əliyevi MDB İcraiyyə Komitəsinin sədri-icra katibi aparatının rəhbəri Sergey Burutin, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Esenmurad Orazgeldiyev və digər yüksək vəzifəli şəxslər qarşılayıblar.

Xatırladaq ki, Aşqabadda keçiriləcək görüş zamanı Birlik çərçivəsində çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsinə yönəlmiş bir sıra məsələlərin müzakirəsi, habelə qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılması planlaşdırılır.

MDB dövlət başçılarının Birlik xalqlarına və dünya birliyinə müraciəti, terrorizm və ekstremizmin digər zorakı təzahürləri ilə mübarizə sahəsində 2020–2022-ci illər üçün əməkdaşlıq proqramı qəbul ediləcək.