İlham Əliyev MDB sammitinə gedir

10 Oktyabr, 2019 09:22 | Siyasət | Baxış sayı: 57
İlham Əliyev səfər etdi
İlham Əliyev səfər etdi

"Barış pınarı" nın məqsədi terror dəhlizini məhv etməkdir

Bu gün Aşqabadda Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası başlayaır. Sammit iki gün davam edəcək. İclasda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edəcək.

Aşqabadda keçiriləcək görüş zamanı Birlik çərçivəsində çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsinə yönəlmiş bir sıra məsələlərin müzakirəsi, habelə qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılması planlaşdırılır.

İclasın gedişatında bir sıra sənədlər, o cümlədən MDB-yə sədrliyin 2020-ci ildə Özbəkistan Respublikasına keçməsi haqqında qərar, Strateji iqtisadi əməkdaşlıq haqqında bəyannamə, 1941-1945-ci illər Böyük Vətən Müharibəsində dovet xalqının Qələbəsinin 75 illiyi münasibətilə MDB dövlət başçılarının Birlik xalqlarına və dünya birliyinə müraciəti, terrorizm və ekstremizmin digər zorakı təzahürləri ilə mübarizə sahəsində 2020–2022-ci illər üçün əməkdaşlıq proqramı qəbul ediləcək.