"Barış pınarı"na dəstək verən və verməyən ölkələr SİYAHI

10 Oktyabr, 2019 13:50 | Siyasət | Baxış sayı: 302
"Barış pınarı"
"Barış pınarı"

Dünya iki cəbhəyə bölündü

ABŞ-ın o cümlədən dünyanın aparıcı dövlətlərinin etirazlarına baxmyaraq Türkiyə ötən gün uzun müddətdir ki, hazırlığında olduğu hərbi əməliyyatlara başladı. Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə “Barış pınarı” adlı antiterror əməliyyatına start verib.

Türk ordusu tarixinin ən böyük əməliyyatlarından biri hesab edilən müdaxilə havadan və qurudan edilir.Türkiyənin əməliyyatı dünyanın da gündəmi olub. Qısa sürədə bir çox ölkə əməliyyatla bağlı mövqeyini açıqlayıb. Dünya ölkələri "Barış pınarı"na dəstək verən və verməyənlər olaraq iki cəbhəyə bölünüblər. 

Əməliyyata dəstək verənlər arasında Macarıstan xüsusi yer tutur. Belə ki, bu ölkə çərşənbə axşamı Avropa Birliyi üzvi olan 27 ölkə tərəfindən imzalanan sənədə qol çəkməkdən imtina edib. Sənədə veto qoymasını "hər bir ölkə sərhədlərini qoruya bilər" açıqlaması ilə izah ediblər.

Ərdoğanın bu planını dəstəkləyənlər arasında İspaniya, Qətər, Şimali Kipr Türk Cumhuriyyəti də var.  

Terror təşkilataına qarşı olan əməliyyata dəstək verməyənlərin sayı isə daha çoxdur. Bu siyahıya ABŞ başçılıq edir. Türk ordusunun Suriyaya girməsi ilə İsveç, Almaniya, Fransa, Hollandiya, Misir, Kanada, Danimarka, İran, Finlandiya da razı deyil. 

Ərəb Birliyi də Türkiyənin əməliyyatına qətiyyətlə qarşı çıxıb. Hətta Misirin təklifi ilə oktyabrın 12-də təcili iclas keçirilməsi haqda qərar qəbul edilib. 

Xatırladaq ki, əməliyyat Türkiyənin cənub sərhəddlərində yaradılmağa çalışılan terror dəhlizini yox etmək, bölgəyə rifah və sülh gətirmək məqsədi ilə başlayıb.