Bakıda Aida İmanquliyeva anıldı

10 Oktyabr, 2019 08:58 | Siyasət | Baxış sayı: 52
Aida İmamquliyevanın anımı
Aida İmamquliyevanın anımı

Alim, pedaqoq, professorun 80 illik yubileyi qeyd edilir

Bu gün dünya şərqşünaslığı tarixində xüsusi yeri olan görkəmli alim, şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın doğum günüdür. Aida İmanquliyevanın anadan olmasından 80 il ötür.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin üzvləri, elmi ictimaiyyətin nümayəndələri şərqşünas alim, filologiya elmləri doktoru, pedaqoq, professor Aida İmanquliyevanın anadan olmasının 80 illik yubileyi münasibətilə II Fəxri xiyabana gələrək xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Mərasimdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva görkəmli alimin fəaliyyətindən, yüksəkixtisaslı ərəbşünas kadrlar hazırlanmasında mühüm xidmətlərindən, şərqşünaslıq elminə verdiyi töhfələrdən danışıblar.

Bildirilib ki, Aida İmanquliyeva Azərbaycan şərqşünaslığında yeni dövr ərəb ədəbiyyatının ilk tədqiqatçısı və bu sahədə ilk azərbaycanlı elmlər doktoru, professor ərəbşünas qadın olub.