Azərbaycan Keşikçidağı gürcü zəvvarlar üçün açır

10 Oktyabr, 2019 11:15 | Siyasət | Baxış sayı: 109
Keşikçidağ
Keşikçidağ

Bakıdan qayıdan gürcü nazir belə deyib

Azərbaycan Gürcüstanla sərhəddə yerləşən və bir müddət əvvəl iki ölkə arasında müəyyən gərginliyə səbəb olan “Keşikçidağ” monastrını yenidən gürcü zəvvarların ziyarətinə açır.

Bu barədə Baş nazir kimi ilk səfərini Azərbaycana edən və Bakıdan səfərdən qayıdan Gürcüstan baş naziri Giorgi Qaxariya hökumətin iclasında bildirib. Nazir qeyd edib  ki, Bakıda mövcud problemlərlə bağlı açıq söhbət olub. 

“Sabahdan etibarən “David Qareci” (“Keşikçidağ”) kompleksindəki məbədlər Gürcüstan zəvvarları üçün açıq olacaq". 

Onun sözlərinə görə, Gürcüstan və Azərbaycan arasındakı sərhəddə razılaşdırılmamış sahələr var və bu məsələ hər iki ölkənin maraqları çərcivəsində həll edilməlidir.

G.Qaxaria Gürcüstan vətəndaşlarını Keşikçi dağ məsələsi ilə bağlı ehtiyatlı davranmağa çağırıb. “Vətənə qarşı sevgi və vətənpərvərlik yalançı vətənpərvərlik ifadələri və düşünülməmiş addımlar demək deyil”.