Rusiya hərbi gəmilərinin Xəzərə çıxmasını tezləşdirəcək

10 Oktyabr, 2018 20:21 | Siyasət | Baxış sayı: 56
Rusiya hərbi gəmiləri Xəzərdə
Rusiya hərbi gəmiləri Xəzərdə

Rusiya müdafiə naziri Sergey Şoyqudan açıqlama

"Bu ilin dekabrınadək Kaspiysk buxtası abadlaşdırılacaq". 

İstiPress-in məlumatına görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu qurumun kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, bunun sayəsində Rusiya Xəzər donanmasına məxsus gəmilərin açıq dənizə çıxması tezləşdiriləcək.

Nazir həmçinin Xəzər donanmasının perspektiv baza sisteminin təkmilləşdirilməsi üçün işlər görüldüyünü diqqətə çatdırıb.