Lift "oliqarxının" yerinə təyinat oldu

10 Oktyabr, 2018 16:59 | Siyasət | Baxış sayı: 145
Eldar Əzizov
Eldar Əzizov

Eldar Əzizov bu barədə əmr imzalayıb

Bakı Lift Təmir İstehsalat Birliyinə yeni rəhbər təyin olunub. 

İstiPress-in məlumatına görə, Bakı şəhər icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Eldar Əzizov bu barədə əmr imzalayıb. 

Həmin vəzifəyə Bakı ŞİH-in Şəhər təsərrüfatı departamentinin, sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Xalid Ələkbərov təyin olunub. 

X. Ələkbərovun postuna isə Ayaz Hüseynov gətirilib. A. Hüseynov bu vaxta qədər SOCAR-da çalışıb. 

Bu gündən o vəzifəsinin icrasına başlayıb.