Jurnalisti mişarla doğrayıb ölkədən çıxardılar

10 Oktyabr, 2018 17:36 | Siyasət | Baxış sayı: 230

Camal Kaşıkçı ilə bağlı sensasion iddia ortaya atılıb

Sentyabrın 2-də Səudiyyənin İstanbuldakı konsulluğuna daxil olan və daha sonra heç bir xəbər alınmayan “The Washington Post” yazarı Camal Kaşıkçı ilə bağlı sensasion iddia ortaya atılıb.

İstiPress-in məlumatına görə, “New York Times”a danışan və adını açıqlamayan türkiyəli rəsmi bildirib ki, Cemal Kaşıkçı konsulluqda qətlə yetirilib. 

Mənbə jurnalistin qətlinin sürətli və qarışıq əməliyyatla həyata keçirildiyini və onun 2 saat ərzində öldürüldüyünü iddia edib. 

Səudiyyədən gələn sifarişli qatillərin mişarla Kaşıkçını öldürüb hissələrə ayırdığını söyləyən mənbə baş verənləri məşhur rejissor Quentin Tarantinonun filmlərinə bənzədib. 

Türkiyəli rəsminin sözlərinə görə, Kaşıkçının konsulluğa getdiyi gün iki çarter təyyarəsi ilə 15 səudiyyəli Türkiyəyə giriş edib və bir neçə saat sonra ölkəni tərk ediblər. Rəsmi həmin şəxslərdən birinin ölünün müayinəsi ilə məşğul olan mütəxəssis olduğunu ifadə edib.