Zakir Həsənov Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb

10 Oktyabr, 2017 18:38 | Siyasət | Baxış sayı: 47
Zakir Həsənov - Azərbaycan müdafiə naziri
Zakir Həsənov - Azərbaycan müdafiə naziri

Hərbi-texniki sahədə əməkdaşlığı müzakirə ediblər

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Minskdə Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasla görüşüb.

İstiPress-in Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, tərəflər ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, xüsusilə hərbi, hərbi-texniki sahədə əməkdaşlığı müzakirə ediblər, sıx qarşılıqlı əlaqələrin genişləndirilməsinin və əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.