Telman İsmayılovun məşhur şirkəti də müflis elan edildi

10 Oktyabr, 2017 13:00 | Siyasət | Baxış sayı: 96
Telman İsmayılov - milyarder
Telman İsmayılov - milyarder

Bundan öncə məhkəmə iş adamının Las-Veqasdakı ticarət mərkəzinə həbs qoyub

Moskvanın Arbitraj Məhkəməsi azərbaycanlı iş adamı Telman İsmayılova məxsus AST qrupuna daxil olan “Praqa-AST” şirkətini müflis elan edib.

İstiPress-in məlumatına görə, müflislik barədə hesabatın vaxtı gələn il marıtn 20-ə təyin edilib.

Bundan öncə məhkəmə iş adamının Las-Veqasdakı ticarət mərkəzinə həbs qoyub.

Qeyd olunur ki, T.İsmayılovun kreditorlar qarşısında 20 milyard rubla yaxın borc öhdəliyi var.