Sülhməramlılarımız Əfqanıstana yola salındı

10 Oktyabr, 2017 18:16 | Siyasət | Baxış sayı: 51
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb

50 hərbi qulluqçu yola düşdü

NATO-nun Əfqanıstanda həyata keçirdiyi "Qətiyyətli dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 50 hərbi qulluqçusu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Bu barədə İstiPress-ə MN-dən bildirilib.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir.