Erməni əsgəri müəmmalı şəraitdə öldü

10 Oktyabr, 2017 16:32 | Siyasət | Baxış sayı: 54
Erməni əsgərin əşyaları
Erməni əsgərin əşyaları

Silahlı Qüvvələrdə müqavilə əsasında xidmət edirdi

Ermənistan silahlı qüvvələrində müqavilə əsasında buldozerçi vəzifəsində xidmət edən sıravi Murad Ovanesyan oktyabrın 4-də müəmmalı şəkildə ciddi bədən xəsarətləri alıb. 

Müdafiə Nazirliyindən İstiPress-ə verilən məlumata görə, ağır vəziyyətdə təcili xəstəxanaya yerləşdirilən 1964-cü il təvəllüdlü M.Ovanesyanın halı daha da pisləşdiyindən həkimlər onun həyatını xilas edə bilməyib.

Müəmmalı şəraitdə xəsarət alan buldozerçi Murad Ovanesyan qısa müddət ərzində xəstəxanada ölüb.

Hadisə ilə bağlı Ermənistanın hüquq-mühafizə orqanları araşdırma aparır.