Prezident yeni Şuranı bu səbəbdən yaratdı

10 Sentyabr, 2020 10:15 | Siyasət | Baxış sayı: 93
İlham Əliyev - Azərbaycan Prezidenti
İlham Əliyev - Azərbaycan Prezidenti

İqtisadi Şuranın yaradılmasına yeni ağırlaşmış vəziyyət səbəb oldu.

İstiPress-in məlumatına görə, yerli analitiklərin əksəriyyəti bu fikirdə yekdildirlər. Onların firkirincə, koronavirus pandemiyasının yaratdığı yeni qlobal böhran müxtəlif ölkələrin iqtisadiyyatları üçün güclü bir sınaq oldu.

"Dünya koronavirusun özü ilə mübarizədə güclərini birləşdirdi, lakin onun səbəb olduğu iqtisadi problemləri hər bir ölkə özü həll etməli olacaq. Azərbaycan, prinsipcə, pandemiyanın nəticələri ilə uğurla mübarizə aparır. Ancaq təsir həddindən böyükdür və dağıdıcı fəaliyyətin nə vaxt bitəcəyi bilinmir. Başqa problemlər də var. Beləliklə, böyük səlahiyyəti  və uzaq hədəfləri olan  bir əməliyyat qurumuna ehtiyac vardı",- deyə yerli ekspertlər bildirirlər.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin dünən imzaladığı qərarla Azərbaycan Respublikasının İqtisadi Şurası yaradılıb. Şuranın sədri Azərbaycan Respublikasının Baş Naziri təyin edilib.