Prezident yeni Baş naziri təbrik etdi

10 Sentyabr, 2019 08:49 | Siyasət | Baxış sayı: 68
Prezident İlham Əliyev
Prezident İlham Əliyev

İlham Əliyev Qaxariyaya məktub ünvanlayıb

Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın yeni Baş naziri Giorgi Qaxariyanı təbrik edib. Təbrikdə deyilir:

"Hörmətli cənab Baş Nazir,

Gürcüstanın Baş Naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Gürcüstanı tarixən təşəkkül tapmış dostluq və mehriban qonşuluq əlaqələri birləşdirir. İnanıram ki, bu xoş ənənələrə əsaslanan dövlətlərarası münasibətlərimiz və strateji tərəfdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, dost Gürcüstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".