Prezident generalları istefaya göndərdi

10 Sentyabr, 2019 13:12 | Siyasət | Baxış sayı: 99
Vladimir Putin
Vladimir Putin

Putin bu barədə göstəriş verib

Rusiya Prezidenti Vladimir Putin hüquq-mühafizə orqanlarındakı 30-a yaxın general və polkovniki istefaya göndərib.

Vəzifədən çıxarılanlar arasında Rusiya İstintaq Xidmətinin Krımdakı Baş İstintaq İdarəsinin rəhbəri general-leytenant Mixail Nazarov və Dağıstan İstintaq İdarəsinin rəhbəri general-leytenant Sergey Dubrovin, onun müavini Tuqay Tuqayev də var. 

Dubrovinin istefa haqqında raport yazılıb. Bunun Qaraçay-Çərkəz Respublikasından olan keçmiş senator Rauf Araşukov və atası Raulun cinayət işlərinin araşdırılması ilə əlaqədar olduğu vurğulanıb.