Paşinyanın "zəncirli köpək"ləri

10 Sentyabr, 2019 11:33 | Siyasət | Baxış sayı: 196
Nikol Paşinyan
Nikol Paşinyan

Erməni nazirin Rusiya qorxusu - terrorçularla görüş

Ermənistanın baş demokratı Nikol Paşinyanın başının üzərini qara buludlar alıb. Ölkənin Konsitutsiya Məhkəməsi keçmiş prezident Robert Koçaryanın həbs edildiyi maddənin ölkə konsitutsiyasına zidd olması barədə qərarı verib. Bu isə baş nazir üçün böyük problemdir. Yerli şərhçilər qeyd edirlər ki, bu Koçaryanın azad ediləcəyi mənasına gəlir.

Mətbuat isə narahatlıq doğuran başqa bir faktı işıqlandırır. Məlumata görə, məhkəmənin qərarından dərhal sonra Paşinyan qəfildən terror qruplaşması olan “Sosna Tsrer” blokunun lideri Jirayr Səfilyanla görüşüb. Bu qruplaşma İrəvandakı polis bölməsinə silahlı basqın, polis polkovnikinin qətli ilə ilə məşhurdur. Hakimiyyətə gələn kimi Paşinyan terrorçuları azad edib. Bu onun demokratiya anlayışıdır.

Erməni liderin məhkəmənin qərarından sonra qarşılıqlı maraqları müzakirə etmək üçün antirusiya mövqeləri ilə tanınan terrorçularla  görüşündə nəyin, daha doğrusu kimin müzakirə edildiyini anlamaq elə də çətin deyil. Paşinyan özünün “zəncirli köpəklərini” siyasi düşməninin üzərinə buraxacaq qədər qeyri-adekvatdır. Ya da bu ictimaiyyətin diqqətini bir müddət yayındırmaq üçün növbəti antirusiya aksentli blefdir.

Ən əsas məsələ Paşinyan komandası üçün xüsusi baş ağrısı olan Dağlıq Qarabağdır. Bir müddət öncə Rusiya XİN nümayəndəsi Mariya Zaxarova Paşinyanı populist çıxışlardan yayınmağa səslədi. Şərhçilər, ekspertlər hesab edirlər ki, Rusiya XİN-nin bəyanatı Paşinyanın Qarabağın Ermənistana məxsus olması barədə dediklərinə özünəməxsus cavabı idi. Zaxarovanın sözləri sanki erməni siyasətçiləri ayıltdı. 

Erməni XİN rəhbərliyi bundan sonr akı çıxışında qeyd edib ki, Azərbaycanla Ermənistan arasındakı danışıqların mövcud formatı yaxşıdır. Bununla da o Paşinyanın separatçı rejimi də tam hüququlu tərəf kimi danışıqlar prosesinə cəlb etmək haqqında tezislərini “dəfn edib”.  

Paşinyanın başı üzərində buludlar artır. Sosial şəbəkələrdə artıq açıq-aşkar onu siyasət və iqtisadi sahədə “böyük nəaliyyətləri” ilə bağlı tənqid edirlər. "Bu siyasətçilik yox, pinəçiliklə məşğul olmaqdır", deyə özünün “Facebook” səhifəsində Siyasi İqtisadiyyat İnstitutunun direktoru Andranik Tovosyan yazıb. Paşinyanın əməllərini bundan daha yaxşı izah etmək olmazdı...