Hərbçilərimiz ABŞ təlimlərində

10 Sentyabr, 2019 11:16 | Siyasət | Baxış sayı: 34
Hərbçilər
Hərbçilər

Məqsəd NATO və tərəfdaşlar arasında əməliyyat uyarlılığı və bölmələrin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsidir

Azərbaycan Ordusunun hərbi qulluqçuları “Hohenfels” təlim mərkəzində keçiriləcək “Saber Junction - 19” çoxmillətli briqada taktiki təlimində iştirak edəcəklər. Artıq bir qrup hərbçi Almaniyaya yola salınıb. 

Amerika Birləşmiş Ştatları Avropa Komandanlığının (EUCOM) təşkilatçılığı ilə keçiriləcək təlimin əsas məqsədi NATO və tərəfdaş ölkələr arasında əməliyyat uyarlılığının və bölmələrin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, eləcə də hərbi qulluqçuların fərdi bacarıqlarının təkmilləşdirilməsidir.

Azərbaycan Ordusunun nümayəndələrinin də qatıldığı təlimə NATO-nun üzv və tərəfdaş ölkələrinin ordularından 2000-dək hərbi qulluqçu cəlb olunub.

Təlim sentyabrın 30-dək davam edəcək.