ABŞ Rusiyadakı çox qiymətli cəsusunu itirdi

10 Sentyabr, 2019 16:14 | Siyasət | Baxış sayı: 149
Cəsus əməliyyatı
Cəsus əməliyyatı

Agentin avakuasiyası 2 il öncə baş tutub

Ötən gün CNN telekanalı Ağ ev administrasiyasındakı mənbələrə istinadən Rusiyadan ABŞ-ın “olduqca qiymətli və çox yüksək rütbəli” agentinin evakuasiya edilməsi əməliyyatı barədə məlumat yayıb. Telekanal bu məxfi əməliyyatın 2017-ci ildə yekunlaşdığını bildirir.

Mənbələr deyiblər ki, Mərkəzi Kəşfiyyat İdarəsi Rusiyadan özünün ən qiymətli agentini prezident Donald Trampın Oval ofisdə Rusiya xarici işlər naziri Sergey Lavrovu və bu ölkənin Vaşinqtondakı o zamankı səfiri Sergey Kislyakı qəbul etməsindən sonra evakuasiya etməyi qərara alıb. Çünki həmin görüşdə Tramp ABŞ kəşfiyyatının olduqca məxfi informasiyasını Lavrova danışıb. Həmin görüşdən sonra Mərkəzi Kəşfiyyat Agentində narahat olmağa başlayıblar ki, prezident və onun administrasiyasının bəzi üzvləri Rusiyadakı qiymətli agentin ifşa edilməsinə səbəb ola bilərlər. Nəticədə həmin agentin Kremldən evakuasiyasına qərar verilib. ABŞ kəşfiyyatı özünün Rusiyadakı ən mühüm və qiymətli agentini itirib. Həmin agent Kreml administrasiyasında baş verənlər və prezident Putinin planları haqda qiymətli informasiyalar ötürürdü. 

Casusun evakuasiysının detalları, habelə onun şəxsiyyəti və indi harada olduğu barədə heç bir informasiya verilmir.