Moskva görüşünə sözardı

10 Sentyabr, 2018 10:12 | Siyasət | Baxış sayı: 94
Vladimir Putin artıq üçüncü dəfədir ki, Paşinyana eyni cür baxır
Vladimir Putin artıq üçüncü dəfədir ki, Paşinyana eyni cür baxır

Diplomatiya dili xüsusi ilə ictimai sferada istifadə edilən növü - komplmentlər, ifadələr qiymətlidir. Lakin praktika göstərir ki, bu hər zaman problemlərin olması, ziddiyətlərdən danışa bilməz.  Paşinyan Putinlə görüşdən sonra erməni diplomatiyasının ən bərbad ənənəsi ilə “Facebook” səhifəsində yazıb ki, indi demək olar ki, ii ölkə arasında heç bir problem yoxdur.  Lakin kifayət qədər ziddiyyətli şərhlərə, mətbuata sızan məlumatlara baxsaq görərik ki, Moskvanın İrəvanla münasibətlərində problem var və bu o qədər də az deyil.

Əvvəldən aydın idi ki, erməni baş nazir Moskvada öz siyasi addımlarına görə cavab verməli olacaq,  loyallığı ilə Moskvanı inandırmalı olacaq.  Xarici işlər naziri S.Lavrovun bəyanatı, həmçinin görüşdən öncə “biz çox ciddi söhbət gözləyirik - bütün məsələlərlə bağlı" deyən, prezidentin köməkçisi Yuri Uşakovun sözlərindən bunu aydın görmək olardı.

Aydındır ki, Moskva erməni populizminin xaotikliyindən, eləcə də iki ölkənin də xeyrinə olmayacaq aydın olmayan qərarların qəbulundan ehtiyat edir. Yeni Ermənistanın hakimiyyətinin fəaliyyəti küçə yürüşləri ilə sıx bağlıdır. Aydındır ki, Paşinyana mürəkkəb çoxgedişli  praqmatika dilinə uyğunlaşmaq çox çətindir. Ekspertlər iddia edirlər ki, onun yeni komandası baş naziri Rusiya ilə münasibətdə daha sərt danışıq mövqeyinə sövq edir. Qarabağı da unutmaq olmaz. Azərbaycan XİN artıq onun sözlərini danışıqlara zərbə kimi qiymətləndirib.  

Biz Rusiya ilə Ermənistan rəhbərlərinin görüşümdən yeni informasiya gözləntisindəyik. Paşinyanın Moskva səfəri ilə ağızdolusu bəyanatlarına baxmayaraq bunu növbəti erməni yalanı hesab etmək olar. Görüşdə bəhs edilən hər şeyi zaman göstərməlidir. O isə Paşinyanda demək olar ki, yoxdur.