Azərbaycanlı bacılar İsveç parlamentinin deputatı seçiliblər

10 Sentyabr, 2018 17:57 | Siyasət | Baxış sayı: 261
Aylin Fazelian və Ayda Kərimli bacıları
Aylin Fazelian və Ayda Kərimli bacıları

Aylin Fazelian 11 bələdiyyə tərəfindən seçki vərəqəsində ikinci namizəd olub

Azərbaycanlı iki bacı İsveçdə millət vəkili seçildilər.

İstiPress-in məlumatına görə, dünən baş tutan parlament seçkilərində 26 yaşlı Aylin Fazelian “Sosial-demokrat “partiyasından İsveç parlamentinə, bacısı Ayda Kərimli isə “Mərkəz” partiyasından əyalət millət vəkili seçiliblər.

Əslən Cənubi Azərbaycandan olan Aylin 14 yaşından “Sosial-Demokrat Partiyası”nın fəalıdır. 22 yaşında əyalət parlamentinin üzvü seçilib. 4 il ərzində partiyanın Qadınlar Təşkilatının idarə heyətinin ən gənc üzvü olub. Partiyada qadınlar üzrə beynəlxalq təmsilçidir. Aylin Fazelian 11 bələdiyyə tərəfindən seçki vərəqəsində ikinci namizəd olub. 

Aylin İsveç milli parlamentinə seçilən ilk azərbaycanlıdır.

Bacısı A. Kərimli uzun müddət bələdiyyədə işləyib. Həmçinin Mərkəz Partiyasının Gənclər Təşkilatının üzvü olub. O, Malmo universitetinin məzunudur.

Aylin Fazelian və Ayda Kərimli bacıları
Aylin Fazelian və Ayda Kərimli bacıları
Aylin Fazelianın seçki posteri
Aylin Fazelianın seçki posteri