DTX-nın həbs etdiyi general evə buraxıldı

10 Avqust, 2020 12:10 | Siyasət | Baxış sayı: 95
Əfqan Nağıyev
Əfqan Nağıyev

Dövlət Sərhəd Xidmətinin (DSX) sabiq rəis müavini, general-leytenant Əfqan Nağıyev ev dustaqlığına buraxılıb.

İstiPress-in məlumatına görə, bununla bağlı Bakı Hərbi Məhkəməsi qərar çıxarıb.

Qeyd edək ki, Ə. Nağıyev və Sahil Mühafizə Xidmətinin vəzifəli şəxsləri Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 311.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.