Putin Əliyev və Ruhani görüşəcək

10 Avqust, 2019 10:53 | Siyasət | Baxış sayı: 59
Həsən Ruhani, İlham Əliyev və Vladimir Putin
Həsən Ruhani, İlham Əliyev və Vladimir Putin

Üç liderin sammiti Soçidə baş tutacaq

Rusiya-Azərbaycan-İran prezidentlərinin görüşü keçiriləcək. Liderlərin sammitinin bu ayın sonuna kimi baş tutması planlaşdırılır. Vladimir Putin, İlham Əliyev və Həsən Ruhani bu dəfə Rusiyanın Soçi şəhərində bir araya gələcəklər.

Bu, liderlərin bənzər formatda keçirilən üçüncü görüşü olacaq. Belə ki, ilk görüş 2016-cı ildə Bakıda, ikincisi isə 2017-ci ildə Tehranda baş tutub.

Görüşün gündəliyində həm üçtərəfli, həm də ikitərfli əlaqələr, regional məsələlərin müzakirəsi əsas olacaq.