Patruşev Paşinyanı dayandıra biləcək?

10 Avqust, 2019 09:30 | Siyasət | Baxış sayı: 200
Nikolay Patruşev
Nikolay Patruşev

Putinin ən yaxın adamını İrəvana göndərir

Rusiya Təhlükəszilik Şurasının baş katibi Nikolay Patruşev avqustun 12-də İrəvana işgüzar səfər edəcək. Patruşev Rusiya prezidenti ilə birlikdə ölkənin xarici siyasətini müəyyən edən əsas insanların siyahısına daxildir. Bunun üçün də Ermənistanda onun səfərinə xüsusi diqqət və əhəmiyyət verirlər.

Ələxsusda Rusiyanın bu ölkənin rəhbərliyinə ünvanlanan xeyli suallarının yığıldığı bir zamanda. Bir neçə gün öncə Nikol Paşinyan qəfildən işğal altında olan Dağlıq Qarabağın Ermənistana birləşməsi arzusundan danışıb. O, özünün inqilabını bu dağlıq zonaya da ixrac etmək niyyətindədir.

Erməni nazirin çıxışı ancaq öz ölkəsində yox, həm də onun hüdudlarından kənarda, o cümlədən Moskvada ziddiyyətli qəbul edilib. Faktiki olaraq bu danışıqlar prosesinə, münaqişənin həllinə yönələn səylərə zərbədir. Təbii ki, bütün Cənubi Qafqazdakı vəziyyətə təsir edəcək hərbi əməliyyatların bərpa edilməsi risk də artır.

Bunun üçün də Moskvaya Paşinyanın gözlənilməz hadisələrə gətirib çıxara biləcək küçə inqilabı çıxışlarını anlamaq vacibdir. Müxaliflər onun avtoritetinin və cəmiyyətə təsirinin necə düşdüyünü görürlər. Bu da Rusiyanı narahat edir. Axı bu ölkə onu strateji tərəfdaşı hesab edir. Görünür Patruşevin İrəvana səfərinin əsas məqsədi Paşinyan və komandasının şübhəli geosiyası ekspremetlərinin qarşısını almaqdır.

Rusiyalı ekspertlər düşünürlər ki, Moskva sərt addım ata bilər və bu neqativ hadisələrin qarşısını almaq üçün mexanizmi işə salmağa hazırdır.  

Patruşevin Paşainyanın inqilab arzusunun qabağını alıb almayacağını isə yaxın günlərdə biləcəyik.