Tacikistan prezidenti Bakıya heyran oldu

10 Avqust, 2018 12:48 | Siyasət | Baxış sayı: 78
Emoməli Rəhmon və İlham Əliyev
Emoməli Rəhmon və İlham Əliyev

"Bakı dünyanın ən gözəl şəhərlərindən biri sayılır"

"Müstəqillik illərində öz sosial-iqtisadi inkişafında böyük uğurlar əldə edən Azərbaycanın beynəlxalq arenada mövqeləri ardıcıl surətdə möhkəmlənir. Ölkənin uğurunun parlaq nümunəsi onun paytaxtının simasının ildən-ilə dəyişməsidir. Mən görüş zamanı bu barədə danışdım. Bakı bu gün haqlı olaraq dünyanın ən gözəl və müasir şəhərlərindən biri sayılır".

Bunu bakıda səfərdə olan və prezident İlham Əliyevlə görüş keçirən Tacikistanın dövlət başçısı Emoməli Rəhmon deyib.

O, qeyd edib ki, bütün bu nailiyyətlər prezidentin uğurlu dövlət siyasəti ilə əlaqədardır. 

"Azərbaycan Qafqaz regionunda bizim üçün mühüm tərəfdaşdır. Məmnuniyyətlə Tacikistan-Azərbaycan münasibətlərinin uğurla genişləndirilməsi meylini qeyd etmək istərdim. Dostluq və əməkdaşlıq barədə müqaviləyə əsaslanaraq ötən illər ərzində biz münasibətlərimizin sanballı müqavilə-hüquq bazasını formalaşdırmışıq. Bu baza bu gün demək olar ki, əməkdaşlığın bütün sahələrini əhatə edir. Bu gün ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsinə yönələn ikitərəfli sənədlərin yeni paketi imzalanacaq".